...

"İnter" FK qış fasiləsi dövründə əhəmiyyətli möhkəmlənmək niyyətində deyil

Cəmiyyət Materials 7 Dekabr 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ İnter futbol klubu Azərbaycan çempionatının qış fasiləsi dövründə əhəmiyyətli möhkəmlənmək niyyətində deyil. Trend in verdiyi xəbərə görə, məşqləri yeni ildən sonra başlamağı nəzərdə tutan komanda, legioner transferləri etmək niyyətində deyil. Komanda yerli oyunçular hesabına tərkibi gücləndirmək niyyətindədir. Valentin Xodukinin başçılığı ilə məşqçi qərargahı Türkiyədəki təlim-məşq toplantılarına böyük əhəmiyyət verir. Türkiyədə aparıcı oyunçuların kondisiyaları və ikinci dövrə üçün komandanın tərkibi müəyyən ediləcək. Bundan əlavə "İnter" oyunu "bankirlər" tərərfindən bəyənilməyən və əsas tərkibə çıxa bilməyən futbolçuların işə düzəlməsi ilə məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti