...

Azərbaycanın cüdo üzrə komandası Yaponiyaya yola düşüb

Cəmiyyət Materials 7 Dekabr 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın cüdo üzrə yığması dekabrın 8-də start götüəcək ənənəvi turnirdə iştirak etmək üçün Yaponiyaya yola düşüb. Kollektivin tərkibinə Mehman Əzizov və Elxan Rəcəbli (hər ikisi 81 kq), Dünya Universiadasının qalibi Ramil Qasımov (66 kq), Mövlud Mirəliyev (100 kq), Kifayət Qasımova (57 kq), Ramil Yusubov (63 kq) və başqa aparıcı atletlər daxildir. İdmançılar Yaponiyada yarışda iştirakdan əlavə, növbəti ildə başlayacaq lisenziya oyunlarına hazırlaşmaq üçün təlim-məşq toplantısına qalacaqlar. Cüdo üzrə Olimpiya Oyunlarına vəsiqə qazanan yeganə idmançımız Braziliyada Dünya Çempionatında ikinci yeri tutan Elnur Məmmədli dir(73 kq).

Xəbər lenti

Xəbər lenti