...

Yaxın vaxtlarda həbs olunmuş azərbaycanlı jurnalistlərin əfv olunmasını gözləmək olar - Prezidentin İcra Aparatı rəhbəri (video)

Cəmiyyət Materials 10 Dekabr 2007 11:30 (UTC +04:00)
Yaxın vaxtlarda həbs olunmuş azərbaycanlı jurnalistlərin əfv olunmasını gözləmək olar - Prezidentin İcra Aparatı rəhbəri (video)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Yaxın vaxtlarda həbs olunan jurnalistlərin əfv olunmasını gözləmək olar. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan Prezidentinin İcra Aparatı rəhbəri Ramiz Mehdiyev məlumat verib. O bildirib ki, jurnalistlərin əfv olunması məsələsi dövlət başçısının səlahiyyətindədir. Onun sözlərinə görə, prezident vaxtaşırı bu məsələyə qayıdır. "Güman edirəm ki, gələcəkdə də bu proses davam edəcək" - deyə Mehdiyev bildirib. Onun sözlərinə görə, prezidentin əfv fərmanı təkcə jurnalistləri əhatə etməyəcək.

Hazırda Azərbaycanda peşəkar fəaliyyətlə bağlı 10 jurnalist cəzalandırılıb. Bir nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib. İttiham olunan jurnalistlər əsasən böhtan və təhqirdə günahlandırılırlar.

Xəbər lenti

Xəbər lenti