...

QİƏPA Azərbaycanın 2016-cı il Olimpiya oyunlarının Bakıda keçirilməsi ərizəsini dəstəkləyib

Cəmiyyət Materials 12 Dekabr 2007 17:17 (UTC +04:00)
QİƏPA Azərbaycanın 2016-cı il Olimpiya oyunlarının Bakıda keçirilməsi  ərizəsini dəstəkləyib

Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının Parlament Assambleyasının (QİƏPA) Tbilisidə keçirilən 30-cu sessiyasında iştirakçı ölkələr Azərbaycanın 2016-cı il Olimpiya oyunlarının Bakıda keçirilməsi ərizəsini səkkiz səsə qarşı bir səslə dəstəkləyiblər. Bu barədə Novosti-Qruziya məlumat verib. Gürcüstan parlamenti sədrinin vəzifələrini icra edən Mixail Maçavariani, dekabrın 12-də keçirilən və sessiyanın nəticələrinə həsr olunan mətbuat konfransında, qəbul olunan qərarın vacibliyini qeyd edib. O bildirib ki, altı ay əvvəl Belarusda QİƏPA Rusiyanın Olimpiya ərizəsini dəstəkləyib. Azərbaycanın ərizəsinə qarşı Ermənistan nümayəndəliyi çıxış edib. Erməni tərəfi öz mövqeyini münaqişələrə malik ölkədə Olimpiya oyunlarının keçirilməsinin yolverilməz olması ilə izah edib.

Xəbər lenti

Xəbər lenti