Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın aparıcı cüdoçuları dekabrın 15-də Moskvada keçiriləcək klublararası Avropa Kuboku yarışında iştirak edəcəklər.
Respublikamızı bu yarışda dünya çempionatının gümüş mükafatçısı Elnur Məmmədli ( 73 kq) və üçqat Avropa çempionu Elçin İsmayılov ( 66 kq) təmsil edəcəklər. Onlar müvafiq olaraq, "İstanbul" və "Yavarı-Neva" klublarının rəngləri altında çıxış edəcəklər. Adı çəkilən ikinci komanda yarışın əsas favoriti hesab olunur. E.İsmayılov onun heyətində artıq ötən ilin Qitə Kubokunun gümüş medallarını qazanıb. Sank-Peterburq klubunun fəxri prezidenti Rusiya prezidenti Vladimir Putindir.
Turnirdə 11 klub, o cümlədən titul qazannılması üzrə rekordçu olan Almaniyanın "Abesberq" klubu da iştirak edəcək.