...

Bakı-2016-ya dəstək məqsədilə təşviqat kampaniyası yanvarın ortalarından tez başlamayacaq

Cəmiyyət Materials 15 Dekabr 2007 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ 2016-cı il Olimpiya Oyunlarının keçirilməsi hüququna Bakının namizədliyini dəstəkləmək məqsədilə təşviqat kampaniyası yanvarın ortalarından tez başlamayacaq.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Trend ə verdiyi məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qaydalarına əsasən, şəhər-namizəd yalnız ərizə kitabını təqdim etdikdən sonra öz xeyrinə rekam kampaniyasına başlaya bilər. "2016-cı il Olimpiya Oyunlarının keçirilməsinə iddia edən namizədlər sorğu və digər sənədləri dolduraraq BOK-a göndərməlidirlər. Yalnız bundan sonra təşviqat kampaniyası başlana bilər" - deyə Hüseynzadə bilidirib.

Qeyd edək ki, 2016-cı il Olimpiya oyunlarına iddiaçı şəhərlərin son püşkatması zamanı Bakı 5-ci sıra nömrəsi əldə edib.

Xəbər lenti

Xəbər lenti