...

Hüseyn Cavidin yubiley gecəsinin rejissoru Mehriban Ələkbərzadə olacaq

Cəmiyyət Materials 17 Dekabr 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Dekabrın 27-də Azərbaycan Dövlət Dram Teatrının səhnəsində dahi şair Hüseyn Cavidin 125 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək. Bu tədbir prezident İlham Əliyevin xüsusi göstərişi ilə təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın TrendLife-a verdiyi məlumata görə, tədbir səhnəciklərdən ibarət olacaq. Gecənin ssenari müəllifi və rejissoru Mehriban Ələkbərzadədir.

Xəbər lenti

Xəbər lenti