...

Azərbaycan islam dövlətlərinin "Mədəniyyət paytaxtı" olacaq - nazir

Cəmiyyət Materials 19 Dekabr 2007 11:51 (UTC +04:00)
Azərbaycan islam dövlətlərinin "Mədəniyyət paytaxtı" olacaq - nazir

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı / Azərbaycan 2009-cu ildə islam dövlətlərinin "Mədəniyyət paytaxtı" olacaq.

"Mədəniyyətlərin və qitələrin körpüsü rolunu oynayan Azərbaycan bu dövrdə mədəniyyət paytaxtı kimi Bakıda bir sıra beynəlxalq tədbirlər keçirəcək", Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çərşənbə günü "GUAM ölkələrinin mədəniyyət siyasəti üzrə informasiya observatoriyası" veb-saytının təqdimat mərasimində bildirib.

Nazir məlumat verib ki, 2009-cu ildə Azərbaycanda kulturoloqların Birinci Beynəlxalq Forumunun, Beynəlxalq Teatr Festivalının, Turist Filmlər Festivalının keçirilməsi, həmçinin dünyada ən böyük xalça muzeyinin açılması kimi böyük tədbirlər nəzərdə tutulur.

"Biz istərdik ki, bu dövrdə islam mədəniyyətinin paytaxtı olan Azərbaycana avropalılar da gəlsinlər", Qarayev bildirib.

Xəbər lenti

Xəbər lenti