...

Azərbaycanda bir neçə məktəb direktoru vəzifəsindən azad edilib

Cəmiyyət Materials 19 Dekabr 2007 14:19 (UTC +04:00)
Azərbaycanda bir neçə məktəb direktoru vəzifəsindən azad edilib

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycanın təhsil naziri Bakı, Sumqayıt və ölkənin bəzi rayonlarının orta məktəb direktorlarını şagirdlərə dərsliklər verməmələri səbəbindən vəzifəsindən azad edib.

Nazirliyin dekabrın birinci yarısında 307 məktəbin kitabxanasında apardığı monitorinq nəticəsində məlum olub ki, həmin məktəblərdə dərslik çatışmazlığı mühaşidə olunmasına baxmayaraq, şagirdlər arasında paylanmamış dərsliklər var. Bakı və Sumqayıtın kitab dükanlarında polislə birgə aparılan reydlər nəticəsində bu dükanlarda aşkar olunan dərsliklər satışdan çıxarılıb. Satışdan çıxarılan kitabların titul vərəqəsində nazirliyin kitabları pulsuz paylanması məqsədilə verdiyi orta məktəblərin möhürü aşkar olunub.

Bununla əlaqədar olaraq paytaxtın ayrı-ayrı rayonlarının, Sumqayıt şəhərinin, Ağcəbədi, İmişli, Neftçala rayonlarının bəzi məktəblərinin direktorları cəzalandırılıb. "Belə direktorlar bizim işimizə ciddi şəkildə mane olur və onlar mütləq cəzalandırılacaqlar" - deyə Azərbaycanın təhsil nazir Misir Mərdanov çərşənbə günü keçirilən iclasda bildirib.

"Dövlət şagirdləri pulsuz dərsliklə təmin etmək üçün kiçik vəsait ayırıb, bu direktorlar iəs dərslikləri ya kitabxanalarda saxlayır və ya bazara çıxarır" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti