...

Sensasiya! Müğənni Lalə Məmmədova oxuya bilməyəcək?

Cəmiyyət Materials 22 Dekabr 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /müx. TrendLife Cavid Osmanov/

Müğənni Lalə Məmmədovanın səsi batıb. Onun TrendLife-a verdiyi məlumata görə, bir neçə gün adi söz deməyə səsi çıxmırmış. Bundan depresiyaya düşən L. Məmmədova bizimlə telefon söhbətində bunlara söylədi.

"Adi soyuqdəymə mənim sağlamlığıma çox pis təsir göstərdi. Səs tellərimə möhkəm soyuq olmuşdu. Bir neçə gün səsim çıxmadı. Düz bir həftə həkim nəzarəti altında oldum. Əllərindən gələni edirdilər. Tərslikdən xəstələnməyim Yeni il çəklişlərinə düşmüşdü. Bundan əlavə dekabrın 22-də toy oxumalıyam. Çox qorxurdum. Allaha çox şükür ki, indi hər şey qaydasındadır. Amma həkimlər hələ məni oxumağa icazə vermirlər. Deyirlər ki, səs tellərin tam sağalmayıb. Buna baxmayaraq, düşünmədən mən onsuzda səhnəyə çıxacam.

Xəbər lenti

Xəbər lenti