...

"Show time"ın finalçıları təyin olundu

Cəmiyyət Materials 25 Dekabr 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /müx. TrendLife Süleyman Vəliyev/

Nəhayət , Lider TV-də yayımlanan "Show time" mahnı yarışması iki aylıq efir həyacanından sonra sona yaxınlaşır. Həftənin beşinci günü finalçının adı açıqlanacaq.

Xatırladaq ki, dünənki SMS səsverməsi nəticəsində layihəni Asif Kərimovun iştirakçıları Səbirə Rəhimova, Nigar Quliyeva tərk etdilər.

"Vokal imkanlar olmaqla yanaşı, normal xasiyyət də olmalıdır ki, hansısa uğura nail olasan. Əgər insanın xarakteri zəifdirsə, o. çox uzağa gedə bilməz. Düşünürəm ki, finalda mənim favoritim Cəmilə İbadova olacaq"-deyə Asif Kərimov bildirib.

Xatırladaq ki, finalçıya 20000 manat mükafatı veriləcək.

Xəbər lenti

Xəbər lenti