...

"İdeal" qəzetinin baş redaktoru həbsdən azad edilib

Cəmiyyət Materials 26 Dekabr 2007 14:55 (UTC +04:00)
"İdeal" qəzetinin baş redaktoru həbsdən azad edilib

Azərbaycan, Bakı / " , müxbir K.Zərbalıyeva/ "İdeal" qəzetinin baş redaktoru həbsdən azad edilib. Bakı Apellyasiya Məhkəməsində çərşənbə günü baş redaktor Nazim Quliyevin apellyasiya şikayətinə baxılıb.

Təhqir və böhtan cinayətində suçlandırılan Quliyev Nəsimi rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hakim Qayıl Məmmədov Trend ə bildirib ki, xüsusi ittihamçı Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov iddiasını geri götürdüyü üçün Quliyev barəsindəki hökm ləğv olunub.

Quliyev Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Zeynalovun qaldırdığı iddia əsasında məhkum olunub. "İdeal" qəzetində dərc olunmuş "Dövlət Yol Polisində it yiyəsini tanımır" başlıqlı məqalədə idarə rəisi şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək məhkəməyə müraciət etmişdi.

Xəbər lenti

Xəbər lenti