...

Keçmiş ADP fəalının ölümü ilə bağlı cinayət işinin başlanması rədd olunub

Cəmiyyət Materials 27 Dekabr 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir K.Zərbalıyeva/ Həbsxanada dünyasını dəyişən keçmiş ADP fəalı Faina Kunqurovanınn ölümü ilə bağlı cinayət işinin başlanması rədd olunub.

Bu barədə cümə axşamı Trend ə Bakının Nizami rayon prokurorluğundan məlumat verilib.

Azərbaycan Demokrat Partiyasının sabiq fəalı Kunqurova noyabrın 18-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müalicə müəssisəsində vəfat edib. Kunqurova təcridxanada da, müalicə müəssisəsində də qida qəbulundan imtina edib. Qidadan imtina edən Kunqurova yalnız vəziyyəti ağırlaşanda tibbi yardıma icazə verib. Bundan sonra isə həkimlər onun həyatını xilas edə bilməyiblər. Prokurorluqdan bildirilib ki, ölümün səbəbini müəyyənləşdirmək üçün məhkəmə tibb ekspertizası təyin olunub. Ekspertiza Kunqurovanın kəskin ürək-qan-damar çatışmazlığından ölməsi barədə rəy verib.

Kunqurova bu il oktyabrın əvvəllərində külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

Azərbaycanın insan haqları müdafiəçiləri hesab edir ki, Kunqurovanı qanunsuz narkotik dövriyyəsinə görə deyil, məhz müxalifətçi olduğuna görə həbs ediblər.

Xəbər lenti

Xəbər lenti