...

Azərbaycan parlamentinin spikeri "Təhsil haqqında" Qanun layihəsindən hicab geyinilməsinə qoyulan qadağanın götürülməsinin lehinə çıxış edib

Cəmiyyət Materials 28 Dekabr 2007 15:12 (UTC +04:00)
Azərbaycan parlamentinin spikeri "Təhsil haqqında" Qanun layihəsindən hicab geyinilməsinə qoyulan qadağanın götürülməsinin lehinə çıxış edib

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan parlamentinin spikeri "Təhsil haqqında" Qanun layihəsindən təhsil müəssisələrində hicab geyinilməsinə qoyulan qadağanın götürülməsinin lehinə çıxış edib. "Bu məsələ qanunla nizamlana bilməz. O, yalnız təhsil müəssisələrinin rəhblərləri tərəfindən həll edilə bilər" - cümə günü Milli Məclisin (parlament) iclasında spiker Oqtay Əsədov bildirib. Parlamentin iclasında qəbul edilməsi planlaşdırılan "Təhsil haqqında" yeni qanun layihəsinin bəndlərinin birində bildirilir ki, "Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsi alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə olmalarına yol verilmir". Hicab geyninən bir qrup azərbaycanlı qadın, təhsil müəssisələrində hicab qadağan edilərsə, kütləvi etiraz aksiyalarına başlayacaqlarını bəyan ediblər. Ölkə rəhbərliyinə Qanun layihəsindən bu bəndin çıxarılmasına dair müraciət edən ölkə ziyalılarının nümayəndələri onları dəstəkləyib. Dini etiqad və vicdan azadlığının müdafiəsi Mərkəzinin koordinatoru İlqar İbrahimoğlu Trend ə müsahibəsində bildirib ki, prezident seçkisi ərəfəsində ayrı-ayrı qruplar inanclı insanlardan öz məqsədləri üçün istifadə etmək istəyirlər. Azərbaycanda əhalinin 96 faizini müsəlmanlar təşkil edir. Onların da 65 faizi şiə, 35 faizi sünni təriqətinə mənsubdur. Bu vaxta qədər Azərbaycanın bütün təhsil müəssisələrində, baş örtüyü ilə bağlı, vətəndaşlara sərbəstlik verilib. Azərbaycanın hazırda qüvvədə olan Təhsil Qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildən parlament Təhsil haqqında yeni qanun layihəsi hazırlamağa balşayıb, lakin 12 il ərzində yeni Qanun qəbul edilməyib. Dekabrın 28-də, parlamentin payız sessiyasının sonuncu iclasında yeni qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir. Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Xəbər lenti

Xəbər lenti