...

Qrossmeyster Teymur Rəcəbov Dünya Kubokunun finalına çıxıb

Cəmiyyət Materials 7 Yanvar 2008 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ " Trend", müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Odessada keçirilən II Dünya Kubokunun finalına çıxıb. O, yarımfinalda rusiyalı Dmitri Yakovenkoya qalib gəlib. Trend -in verdiyi məlumata görə, birinci partiyada şahmatçı ağ fiqurların üstünlüyündən istifadə edib və rəqibi təslim olmağa məcbur edib. Partiyanın sonunda Teymur əlavə piyadanın sayəsində üstünlük əldə edib və bunu uğurla reallaşdırıb. Rəcəbov ikinci döyüşdə də güclü olub. O, qara fiqurlarla rəqibinə qalib gəlib və karyerasında ilk dəfə olaraq, Professional Şahmatçılar Assosiasiyasının (PŞA) himayəsi altında keçirilən nüfuzlu yarışın finalına çıxıb. Teymurun finaldakı rəqibi Aleksandr Qrişuk (Rusiya)- Sergey Karyakin (Ukrayna) cütlüyünün qalibi olacaq.

Xəbər lenti

Xəbər lenti