...

Azərbaycanın həbsdə olan baş redaktor barəsindəki məhkəmə hökmü qüvvədə saxlandı

Cəmiyyət Materials 16 Yanvar 2008 10:59 (UTC +04:00)
Azərbaycanın həbsdə olan baş redaktor barəsindəki məhkəmə hökmü qüvvədə saxlandı

Azərbaycan, Bakı 16 yanvar / Trend müxbir K.Zərbalieva/ Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın həbsdə olan baş redaktor barəsindəki məhkəmə hökmünə qüvvədə saxlayıb.

Çərşənbə günü "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin hökmündən verilən apellyasiya şikayətinə baxılıb. Dövlət ittihamçısı çıxışında Fətullayev barəsindəki 30 oktyabr 2007-ci il məhkəmə hökmünün əsaslı olduğunu, baş redaktora elan olunan ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirib və məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edib. Bundan sonra məhkəmə Fətullayevin apelyasiya şikayətini təmin etməyib.

Fətullayev Cinayət Məcələsinin terororçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma(213.2.2) maddələri ilə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Fətullayevin vəkili İsaxan Aşurov bildirib ki, məhkəmənin qərarı ədalətsiz və əsassızdır. Vəkil Ali Məhkəməyə kassasiya şikayətini verəcəyini və Avropa İnsan Haqları Məhkəməsinə müraciyət edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti