...

Hüseyn Cavid ensiklopediyasına əlavələr olacaq

Cəmiyyət Materials 22 Yanvar 2008 10:34 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 22 yanvar / Trend , müxbir E.Məmmədov/ Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfdindən hazırlanan Hüseyn Cavid Ensiklopediyasına əlavələr olacaq. Bu barədə AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Trend in bölgə müxbirinə bildiriblər.

Azərbaycan prezidentinin Hüseyn Cavidin 125 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq hazırlanan ensiklopediyada ilkin variantda 602 sözlüyün olacağı planlaşdırılmışdı.

Məlumata görə, ensklopediyaya nəzərdə tutulandan artıq sözlük olacaq. Ensiklopdiyada Hüseyn Cavidin həyatı, yaradıcılığı, ailə üzvləri, müasirləri, mühiti, əsərləri, əsərlərinin qəhrəmanları, tamaşaya qoyulan əsərlərinin tarixi, rejissorları, aktyorları, bəstəkarları, romantik şair haqqında yazılan monoqrafiyalar, tədqiqatlar, məqalələr və onların müəllifləri, eləcə də Hüseyn Cavidlə bağlı olan bütün məlumatlar yer alacaq.

Bu da ensiklopediyada nəzərdə tutulan sözlüyün artmasına səbəb olub. Hazırda sözlüyün sayı 679-a çatsa da 700-ü keçəcəyi bildirilir.

Mətbuat xidmətindən onu da bildirdilər ki, Hüseyn Cavid Ensiklopediyası Azərbaycan və ingilis dillərində nəşr olunacaq. Ensiklopediyanın may ayına kimi hazır olacağı və iyul ayında çapdan çıxacağı söylənilir.

Xəbər lenti

Xəbər lenti