Fransa, Paris, 23 yanvar / müxbir Trend A.Məhərrəmli/ Mən böyük bir memnuniyyetle Azerbaycana sefer ederem. Trend in müxbirinin verdiyi məlumata görə, bunu yanvarın 23-də jurnalistlər üçün keciridiyi mətbuat konfrasında Avropa Insan Haqları Mehkəməsinin (AIHM) sedri cənab Jan-Pol Kosta deyib.
O, bu cavabı Azerbaycan Respublikası Konstitusiya Məhkəməsinin sedri Fərhad Abdullayevin Strasburqa 24-26 yanvar tarixində səfərini şərh ederken verib. AIHM-nin fransalı sedri qeyd edib ki, Fərhad Abdullayev onu Azerbaycana səfər etməyə dəvət etmək niyyətindədir. "Mən bu səfəri böyük məmnuniyyətlə qəbul edərəm", Kosta dedi. Səfərin dəqiq tarixi barədə bir söz deməyən sədr bunun onun iş cədvəlindən asılı olduğunu deyib.