...

Azərbaycanda anomal iqlim hadisələri iki dəfə artıb - Milli Hidromeorologiya Departamentinin direktor müavini

Cəmiyyət Materials 24 Yanvar 2008 16:17 (UTC +04:00)
Azərbaycanda anomal iqlim hadisələri iki dəfə artıb - Milli Hidromeorologiya Departamentinin direktor müavini

Azərbaycan, Bakı, 24 yanvar/ Trend müxbir E.Hüseynli/ İqlim dəyişmələri ilə bağlı son 30 ildə Azərbaycanda anomal hidrometeoroloji hadisələr iki dəfə artıb. Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidromeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva bildirib.

İqlim dəyişmələri ilə bağlı, 1961-ci ildən 2001-ci ilə qədər Azərbaycanda orta temperatur 0,7 dərəcə artıb. Son 12 ildə Azərbaycanda 100 ilin istisi qeydə alınıb. 2000-ci ildə Azərbaycanda rekord göstərici -- müsbət 46 dərəcə isti qeydə alınıb.

Tağıyeva deyib ki, ilkin tədqiqatlar göstərir ki, 2000-2050-ci illərdə Azərbaycanda orta temperatur 2,5 dərəcə artacaq. İqlim dəyişmələrinin aktual problemə çevrildiyini deyən Tağıyevanın sözlərinə görə, iqlim dəyişmələri ilə bağlı ilin sonuna kimi qiymətləndirmə işləri aparılacaq və uyğunlaşdırma tədbirlərinə dair strateji plan hazırlanaraq, dövlət strukturlarına təqdim olunacaq. Strateji planda iqlim dəyişmələrinin insan sağlamlığına təsiri də qiymətləndiriləcək. Bundan sonra, Azərbaycanda iş rejiminin dəyişdirilib-dəyişdirilməməsi barədə hökumətin yeni qərarı ola bilər.Direktor müavini bildirib ki, temperaturun artması, əsasən, su resurslarına təsir göstərəcək. İlkin araşdırmalara görə, 2040-cı ilə qədər Xəzər suyunun səviyyəsi 150 sm qalxacaq. Onun bildirdiyinə görə, yaxın gələcəyin yay aylarında Azərbaycanda rekord istilərin də qeydə alınması proqnozlaşdırılıb. Tağıyeva deyib ki, istilik effekti yaradan qazların təsiri azaldılmasa və 2 dəfə artsa, orta temperatur 5 dərəcəyədək arta bilər.

Xəbər lenti

Xəbər lenti