Azərbaycanda hakimlərin mühafizəsi gücləndirilməlidir - hakim

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda hakimlərin mühafizəsi gücləndirilməlidir. Bu qənaətdə olan Ali Məhkəmənin hakimi Oqtay Maqsudov Trend ə bildirib ki, digər xarici ölkələrdə hakimlərin, ailələrinin və əmlaklarının xüsusi qaydada mühafizəsi təmin olunub.

Ali Məhkəmənin hakimi hesab edir ki, qanunda hakimlərin, ailələrinin və əmlaklarının təhlükəsizliyinin təmin olunması ilə bağlı müddəalar olsa da, onların mühafizəsinin təşkili lazımi səviyyədə deyil. "İranda hakimlər həm işdə olduqları müddətdə, həm də işdən sonra xüsusi mühafizəçilər tərəfindən qorunur" - deyə hakim vurğulayıb.

"Məhkəmələr və Hakimlər haqqında" qanunun tələblərinə görə, hakimlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə onlara qanunvericilik ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Hakimlərin öz səlahiyyətlərini icra etdikləri bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onların təhlükəsizliyi təmin edilir.

Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədov bildirib ki, Azərbaycanda hakimlərin və ailələrinin həyatına, əmlaklarına təhlükə olmadığından onların xüsusi mühafizəsinə də ehtiyac yoxdur. Əsədov qeyd edib ki, hakimlər müraciət etdikləri təqdirdə, onların və ailələrinin müahfizəsi təmin olunur.

Əsədov bildirib ki, hakim özünün və ailəsinin həyatına hər hansı təhlükə hiss edərsə silahla təmin olunması, mühafizəsinin təşkili üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

Əsədov hesab edir ki, Ermənistanla sərhəddə yerləşən rayonların məhkəmə hakimlərinin həyatı üçün təhlükə olduğundan onların mühafizəsinin təşkilinə ehtiyac var.

O, cinayət işlərinə baxan hakimlərin peşə fəaliyyəti ilə bağlı hədə-qorxu, təzyiq və təhdidlərə məruz qalma ehtimalını istisna etmir. "Bu halda hakim təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanına müraciət edə bilər. Hələlik praktikada belə bir hal olmayıb" - deyə Əsədov qeyd edib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəsul Səfərov bildirib ki, hakimlərin silahla təmin olunması, onların mühafizəsinin gücləndirilməsi üçün əsas olmalıdır. "Belə bir əsas olarsa, hüquq-mühafizə orqanları həmin hakimin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirləri həyata keçirir".

Ekspert Rəşid Hacılı hesab edir ki, hakimlərin təhlükəsizliyinin təmin olunması, onlara silah verilməsi üçün real təhlükənin olması vacib deyil.

"Hakim əmin olmalıdır ki, onun, ailəsinin, əmlakının təhlükəsizliyi qorunur. Ona təzyiq, təhdid yoxdu. Vacib deyil ki, reallıqda belə bir təhlükə var, ya yoxdu" - deyə ekspert vurğulayıb.

Ekspertin fikrincə, Azərbaycanda hakimlərin təhlükəsizliyi üçün real təhlükə yoxdur.

Hacılı qeyd edib ki, hakimə silah verilməsi onun təhlükəsizliyinin təmin olunması üçün yetərli deyil. "Elə hakimlər var ki, onlar silah gəzdirmək istəmir. Məsələn, qadın hakimlər silah gəzdirməyə meylli deyillər" - ekspert bildirib.

Hacılı deyib ki, hakimlərin müstəqilliyinin qorunması üçün təhlükəsizliklərinin təmin olunması vacibdir. "Silah hakimi nə rüşvətdən, nə də məmur tapşırığından qorumayacaq. Hakim daha müstəqil, ədalətli olarsa, onun təhlükəsizliyinə daha real təhlükə var. Hakimin qərarından narazı qalan şəxs problemini rüşvətlə həll edə bilirsə, onda hakimə qarşı hansısa cinayəti törətməyə ehtiyac görmür" - deyə Hacılı vurğulayıb.

Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Trend ə bildirib ki, hakimlərin mühafizəsinin gücləndirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmələrinə dair Şuraya məlumat daxil olmayıb.

Hüseynov da Azərbaycanda hakimlərin həyatına peşə fəaliyyəti ilə bağlı təhlükə olmadığını deyib.

Daxili İşlər Nazirliyi neçə hakimin silahla təmin olunmaq, mühafizəsinin gücləndirilməsi üçün müraciət etdiyi barədə sorğuya cavab verməyib.

Mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov Trend ə bildirib ki, bütün Azərbaycan vətəndaşlarının təhlükəsizliyi daxili işlər orqanları tərəfindən yüksək səviyyədə qorunur. "Təhlükəsizliyin təmin olunması ilk növbədə sabitliyin olmasından asılıdır. Bunu Azərbaycanda yaşayan əcnəbilər, ölkəmizdə səfərdə olan beynəlxalq təşkilatların nümayəndələri də bəyan edir" - deyə  nazirlik rəsmisi bildirib.

Gözəlov silahla, əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatların mətbuat üçün qapalı olduğunu əsas gətirərək, bu barədə məlumatları açıqlamayıb.

Son bir neçə ildə Azərbaycanda hakimlərin həyatına qəsdlə bağlı iki fakt qeydə alınıb.

Apellyasiya Məhkəməsinin hakimi Bəhram Şükürovun həyatına sui-qəsd edilib.

İqtisad Məhkəməsinin hakimi Solmaz Əsgərova isə keçmiş həyat yoldaşı tərəfindən məhkəmənin binası qarşısında soyuq silahla qətlə yetirilib.

Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan məhkəmələrinin və hakimlərinin fəaliyyəti tənqid olunur. Eləcə də, ölkə vətəndaşlarının dövlət orqanlarına müraciətlərinin böyük bir qismi də məhkəmələrin fəaliyyəti ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq, hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.

Hakimlərin müstəqilliyi onların səlahiyyətli dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.

 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Rusiya Azərbaycanın daha 30 müəssisəsindən pomidor idxalına icazə verəcək
Rusiya Azərbaycanın daha 30 müəssisəsindən pomidor idxalına icazə verəcək
Türkiyədən Azərbaycana sement ixracı artıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
IFC Azərbaycanda özəl sektorun dəstəklənməsi üçün 850 milyon dollara yaxın vəsait ayırıb - Direktor
IFC Azərbaycanda özəl sektorun dəstəklənməsi üçün 850 milyon dollara yaxın vəsait ayırıb - Direktor
Loading Bars
Xəbər lenti
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb
BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi
Qəzza və İsraildə zolağa daxil olması barədə məlumatlar təkzib edilib
Həmas hərəkatı İsrailin Aşkelon və Aşdod istiqamətində 150 ​​raket atıb
BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək
İsrail ordusunun hava və quru qoşunları Qəzza zolağına hücuma başlayıb
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
Türkiyədə koronavirusdan sağalanların sayı 4,85 milyonu ötüb
Daşkəsəndə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Livandan İsrailin şimal sahillərindəki Aralıq dənizi ərazisinə üç raket atıldı
ABŞ Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin azaldılmasına çağırır
Rusiya Azərbaycanın daha 30 müəssisəsindən pomidor idxalına icazə verəcək
Xarici İşlər Nazirliyi Ermənistan və Azerbaycan sərhədində baş verən gərginliklə bağlı açıqlama verib
İsrail Müdafiə Ordusu 9000 ehtiyatda olan əsgərinin çağırışını elan edib
Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub
Samuxda 3 otaqlı ev yanıb
"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İsrail Hava Qüvvələri Qəzza zolağından buraxılan dronu vurduğunu açıqladı
"Twitter"in işində problemlər yaranıb
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Bütün xəbərlər