...

Milli Konservatoriyada Arif Babayevin 70 illik yubileyi qeyd olundu

Cəmiyyət Materials 20 Fevral 2008 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /müx. TrendLife Safura/

Bu gün Arif Babayevin 70 illik yubileyi Milli Konservatoriyada qeyd edildi. Tədbir Hüseyn Arifin yubilyara həsr olunmuş şeri ilə başladı. Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən gimnaziyanın şagirdləri tədbirə xüsusi rəng qatmağa müvəffəq oldular. Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi də yubilyarı xüsusi təbrik etdi. Xanəndəni təbrikə gələnlər arasında muğam ustadları- xalq artistləri Ağaxan Abdullayev, Səkinə İsmayılova , Alim Qasımov və əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və başqaları da var idi. Arif müəllimin sənət dostları layiqli müəllimlərini ürəkdən təbrik etdilər. 70 yaşlı sənətkar ad günü ilə əlaqədar təşkil olunmuş tədbirdə TrendLife-a bunları söylədi.

- İnanın, elə bil ömrüm uzandı. Özümü əsla 70 yaşında hiss etmirəm. Tələbələrim artıq xalq və əməkdar artistlərdir. Onlara baxıb ruhlanıram.

Xatırladaq ki, dünən sənətkar prezident İlham Əliyevin sərəncamı ilə "İstiqlal" ordeni ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti