...

Qrossmeyster Aleksandr Morozeviç Bakıda FİDE Qran-Pri mərhələsində iştirak etməyəcək

Cəmiyyət Materials 22 Fevral 2008 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir Z.Səfərov / Rusiya qrossmeysteri Aleksandr Morozeviç FİDE Qran-Pridə, o cümlədən apreldə Bakıda startı veriləcək oyunun birinci mərhələsində iştirak etməkdən imtina edib.

"Sport-Ekspress"in bildirdiyinə görə, şahmatçı bəyan edib ki, Qran-Pri turnir seriyalarının daxil olduğu dünya çempionatı oyunlarının sistemi əvvəldən ona cəlbedici gəlməyib. "Özünüz fikirləşin: birincisi, onun uzunluğu - təxminən dördillik dövrdür. 2008-ci ildə biz 2011-ci ilin oyunlarına seçim aparırıq. Bu cür heç Botvinnik və Smıslovun təkbaşına mübarizəsi zamanı olmayıb. "Qran-Pri" və Dünya Kuboku qalibləri müəyyən ediləndən sonra, dünya çempionu adı uğrunda yarışlaradək bir il yarım keçəcək - bu zaman ərzində şahmat dünyasında bütün "subordinasiya" dəyişilə bilər. İkincisi, həcm məsələsidir. İddiaçıların final yarışlarına çatmaq üçün iki il ərzində dörd turnirdə iştirak etmələri lazımdır. Aparıcı şahmatçılar üçün bu, onların fərdi iştirak cədvəllərinə ciddi müdaxilədir" - Morozeviç qeyd edib.

Xəbər lenti

Xəbər lenti