...

Bu gün heç kim məndən dərs almaq istəmir - xalq artisti Alim Qasımov

Cəmiyyət Materials 26 Fevral 2008 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /müx. TrendLife Safura/

TrendLife-la söhbətində xanəndə Alim Qasımov böyük ürək ağrısı ilə vurğuladı ki, bu gün heç kim ondan dərs öyrənmək istəmir. O, bildirdi ki, bu sənətə həmişə maraq az olub, indi isə heç yoxdur: "Əgər yüz tələbədən biri bu sənəti öyrənmək istəyirsə, deməli, yaşamağa dəyər. Təəssüf ki, hazırda bu sahə üzrə öyrənmək istəyən heç yüz tələbə də yoxdu. Sənətlə maraqlanan insanlarda isə səs görmürəm. İndiki tələbələr oxumaq xatirinə yox, müəllimin adı xatirinə oxuyurlar. Yəni söz düşəndə desinlər ki, Alim Qasımovdan dərs almışam. Hazırda tələbələrim yoxdur. Mən heç Seyid Şuşinskinin üzünü də görməmişdim. Amma həmişə onun lent yazılarına qulaq asa-asa nəsə öyrənmişəm. Çox istərdim ki, tələbələr sağlığımda məndən nəsə öyrənsinlər".

Xəbər lenti

Xəbər lenti