...

Fransanın tanınmış pantomima aktrisası Bakıda master-klass verəcək

Cəmiyyət Materials 27 Fevral 2008 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

Martın 8-dən 15-nə qədər "Yuğ" və "İbrus" teatrlarında Fransanın Pantomima Teatrının tanınmış aktrisası master-klass verəcək. Bu xəbəri TrendLife-a Fransa səfirliyi verib. Aktrisa Mia Belyer nəinki teatrlarda, həmçinin Mədəniyyət və İncəsənət Universitetində, 134№-li məktəbdə tələbələr və şagirdlər üçün öz pantomim tamaşalarını təqdim edəcək. Yeri gəlmişkən, onu da bildirək ki, o, bu yaxınlarda Nyu-Yorkdan qayıdıb.

Xəbər lenti

Xəbər lenti