...

Hər axşam Sezen Aksu, İşın Karaca, Muazzez Ersoyla danışıram – müğənni Röya

Cəmiyyət Materials 29 Fevral 2008 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral /müx. TrendLife Günel Əhmədova/

Röyanın Türkiyə və onun civarından kənarda məşhurlaşdırılması Türkiyənin 12 musiqi şirkətinin marağındadır. Bu barədə TrendLife-a məlumat verən müğənni əlavə edib ki, artıq seçimini edib:

"Bu, vaxtilə Tarkanın məşhurlaşdırılmasında böyük xidmətləri olan şirkətdir. Növbəti Türkiyə səfərimdə müqavilə imzalanacaq. Orada görülən işlər bizim musiqi şirktlərinin fəaliyyətindən müqayisəyəgəlməz dərəcədə fərqlənir".

Türk sənətçiləri arasında İşın Karacanın sənətinin vurğunu olan Röya onunla yenicə başlayan dostluq münasibətlərinə hələ də yuxu kimi baxdığını söylədi:

"Musiqiyə bağlanandan bəri İşın Karacanın mahnılarını dinləmişəm. Hər Türkiyə səfərimdə onun lent yazılarını əldə edirəm. Artıq 15 gündür ki, İşın xanımla mesajlaşıram. Bu hələ də mənə yuxu kimi gəlir. Sonuncu Türkiyə səfərimdə dostlarımla evdə oturub hər iki ölkənin şou-biznesini müzakirə edirdik. Dostlarımdan biri dedi ki, - "Röya düşünürsən, artıq sən adını oğru adlandıranlardan yox, Orxan Gəncəbaydan, İşın Karacadan, Müazzez Ersoydan, Sezen Aksudan danışırsan. Başa düşürsən nə qədər inkişaf var?". Vaxtımın əksər hissəsini internet qarşısında keçirirəm. Gün ərzində sözügedən sənətçilərlə, Sezen Aksunun prodüsser şirkətlərinin əməkdaşları ilə yazışıram. Sezen Aksu ilə sonuncu söhbətimdə o, səsim həzin olduğu üçün mənə bu ritmdə mahnı yazacağını bildirib. Artıq mən adını çəkdiyim insanalarla dost münasibətindəyəm. Bir məqamı da diqqətinizə çtadırım. Mənim "Popstar Alaturka"dakı çıxışım hələ çox danışılacaq. Verilişdən çıxandan sonra evə gəlib yerli tele-kanallarımızı izləməyə başladım. Onlardan birinin canlı efirində olan Aygün Kazımova mikrofonunun açıq olduğundan xəbərsiz olub adımı çəkdi. Biləndə ki səsi efirə gedir, sözünü yarıda saxladı. Mənə aydın oldu ki, o, mənim uğurumdan xəbərdardır və bu barədə nəsə danışmaq istəyirdi. Məni heç kimin uğuru narahat etmir. Çünki öz qazandıqlarım mənə bəs edir. Hələ "Star" kanalında ikən rəhbərlik mənə yaxınlaşıb, "kanal sizinlə işləmək istəyir" dedi. Amma özümə arxayın olmadığım üçün razılıq vermədim. Çünki yatıb yuxuya qalaram, yox deyərəm və s. onları pis vəziyyətdə qoymaq istəmədim. Eyni zamanda, efiri üzümə bağlamamaq üçün razılıq vermədim".

Xəbər lenti

Xəbər lenti