...

Azərbaycanın məhkəmə sistemi Strasburqda müzakirə olunacaq

Cəmiyyət Materials 1 Mart 2008 13:50 (UTC +04:00)

Fransa, Strasburq, 29 fevral/ Trend , müxbir A. Məhərrəmli/ Strasburqda Azərbaycanın məhkəmə sistemi müzakirə olunacaq.

Avropa Şurası Katibliyindən Trend ə verilən məlumata görə, martın 10-11-də Strasburqda Avropa Şurasının İnsan Haqları və Hüquqi məsələlər Baş Direktorluğunun təşəbbüsü ilə "Azərbaycanda hakimlərin müstəqilliyi, seçim, təyinat və dəyərləndirmə" mövzusunda Azərbaycanın İşçi Qrupu ilə Avropa Şurasının 11-ci İclasının toplantısı keciriləcək.

Toplantı 2008-ci il üçün "Qanunun aliliyinin gücləndirilməsi" adlı Avropa Şurasının Birgə Proqramı çərçivəsində keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət Baş İdarəsinin rəisi Azər Cəfərov, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Nigar Rəsulova, Gəncə şəhər Apelyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov və Məhkəmə-hüquq Şurasının Katibliyinin rəhbəri Cavid Hüseynov iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti