...

"Qanlı irs" filminin Azərbaycan dilində versiyası hazırdır

Cəmiyyət Materials 7 Mart 2008 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, -7 mart /müx. TrendLife Eldar Hüseynzadə/

"Azərbaycanfilm" studiyasında "Qanlı irs" filminin azərbaycan dilində dublyajıbaşa çatıb. Bu haqda TrendLife-a AzTV-nin mətbuat xidmətindən xəbər verilib. Mərhum rejissor Samir Əsgərxan bu filmi 90-cı illərdə rus dilində lentə almışdır. İndi isə əsər Azərbaycan dilinə tərcümə olunub. Filmdə, əsasən, erməni terrorçularının törətdiyi əməllərdən bəhs edilir.

Qeyd edək ki, adı çəkilən film mart ayı ərzində AzTV kanalında nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti