...

Kərim öz arvadına diqqət yetirsin-müğənni Rəqsanənin anası Adilə xanım

Cəmiyyət Materials 11 Mart 2008 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /müx. TrendLife Safura/

Dünən verilişlərin birində Kərim bildirdi ki. Rəqsanənin dünyaya gələcək körpəsinin atası onun dostudur. Bundan əlavə, müğənni Rəqsanəni ailə problemlərində də suçladı. Qeyd edək ki, Kərimin həyat yoldaşı Təranə vaxtında Rəqsanənin produseri olub. Bəzi məqamları araşdırmaq üçün TrendLife-ın müxbiri Rəqsanə ilə əlaqə saxlamaq istəsə də, telefona müğənninin anası cavab verdi. "Rəqsanə hazırda Azərbaycanda yoxdur. O ki qaldı Kərimin mənim qızım barəsində danışdıqlarına, yaxşısı budur arvadına diqqət yetirsin ki, gəzməsin. Rəqsanənin gələcək körpəsinin atası var, sadəcə, biz hələ onu üzə çıxarmaq istəmirik. Əgər insan tanışından uşaq gözləyirsə, belə tanışlardan Təranədə lap çoxdur".- deyə Adilə xanım bildirib.

Xəbər lenti

Xəbər lenti