...

AFFA-nın yeni seçilmiş rəhbəri "Neftçi" FK prezidenti vəzifəsindən istefa verəcək (video)

Cəmiyyət Materials 14 Mart 2008 17:11 (UTC +04:00)
AFFA-nın yeni seçilmiş rəhbəri "Neftçi" FK prezidenti vəzifəsindən istefa verəcək (video)

Azərbaycan, Bakı, 14 mart/ Trend , müxbir Z.Səfərov/ AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi" futbol klubunun prezidenti vəzifəsindən istefa verəcək.

Jurnalistlərin suallarını cavablandıraraq, o qeyd edib ki, reqlament eyni zamanda bu iki vəzifədə olmağa icazə vermir. "Mənim yerimi kimin tutacağını bilmirəm, lakin ona uğurlar arzulayıram", - o bildirib.

Bundan əlavə, Abdullayev deyib ki, öz yeni komandasının tərkibi haqqında bir şey söyləməyə çətinlik çəkir. Lakin artıq bu barədə onun fikirləri var. "Düşünürəm ki, futbolda öz işinin fanatikləri çalışmalıdırlar. Məhz onlar istənilən idman növünün inkişafının hərəkətverici qüvvəsidirlər", - Abdullayev vurğulayıb.

O, yığmanın yeni baş məşqçisi haqqında daha aydın fikir səsləndirib və Qyoko Hacıyevskinin xidmətlərindən imtina edəcəyinə işarə edib. Bizə adı və təcrübəsi olan məşqçi lazımdır ki, komandamızı yeni keyfiyyətli səviyyəyə çıxarsın. Lakin bu təkcə məşqçinin deyil, menecerlərin də işidir və onlar öz səylərini koordinasiya etməlidirlər. ", - Assosiasiyanın yeni rəhbəri bildirib.

Abdullayev, həmçinin, qeyd edib ki, ölkə çempionatının yaxın turnirindən başlayaraq, bu və ya digər kluba üstünlük verməyərək, öz statusuna müvafiq olaraq, oyunlara gələcək. Özünün "Neftçi"-yə qarşı mümkün simpatiyaları haqqında sualı bir növ qabaqlayan Abdullayev bildirib: "Mən istənilən Azərbaycan klubunun uğuruna sevinirəm. Məsələn, "Xəzər-Lənkəran" Birlik Kubokunun finalına çıxanda, biz bu komandaya azarkeşlik etmək üçün yola düşdük. Qələbədən sonra mən onları ürəkdən təbrik etdim. Buna görə, mənim "Neftçi"-yə simpatiya göstərəcəyim haqda danışmaq kifayət qədər yersizdir".

Xəbər lenti

Xəbər lenti