Azərbaycan, Bakı, 15 mart /müx. TrendLife Safura/
"Yağ kimi" verlişinin aparıcısı Zaur Baxşəliyev Amerikaya gedib. Səfərin səbəbi Amerika vətəndaşı ilə ailə qurub, elə orada yaşayan Azərbaycanlı bir xanıma qonaq olmaqdır. Bu, Vaqif Səmədoğlunun ssenarisi əsasənda, rejissor Ramiz Əzizbəylinin çəkdiyi "Bəxt üzüyü" kinofilmində Seda obrazını yaradan,80- ci illərdə müğənni kimi tanınan Firəngiz xanımdır. Firəngiz xanımın indiki həyat yoldaşı Amerikalı olsa da, yeganə qızının atası Azərbaycanlıdır. Qızı ilə birlikdə Amerikaya üz tutan bu xanım, həyat yoldaşının özündən yaşca çox böyük olmasına baxmayaraq, xoşbəxt ailə qura bilib. Bu dəfə Zaur məhz onun qonağı olacaq.