...

İradə İbrahimova "N 1 –realiti şou" dan imtina edib

Cəmiyyət Materials 18 Mart 2008 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı 18 mart /müx.TrendLife Günel Əhmədova/

İradə İbrahimova rəsmi şəkildə və könüllü olaraq 15 mart 2008-ci il tarixində "N1-realiti şou"dan imtina edib. Müğənninin mətbuat katibinin TrendLife-a bildirdiyinə görə, əvvəlcədən nəzərdə tutulmuş yaradıcılıq planları, səfərləri ilə əlaqədar olaraq, müğənni bundan belə layihədə iştirak edə bilməyəcək. Qərarı ilə bağlı ilk açıqlamanı İradə İbrahimova şəxsən layihənin prodüseri Fuad Əliyevə və layihənin aparıcısı Emin Musəviyə bildirib.

Nəzərdə tutulan 21 mart 2008-ci il tarixli duelə gəldikdə isə, layihənin təşkilatçıları həmin tarixli yayımın bayram konserti olacağını söylədikləri üçün, duel ola biləcəyini İbrahimova qabaqcadan, ümumiyyətlə, bilmirdi. Amma məlum olduğu kimi, konsert planı sonradan duellə əvəz olundu. Buna baxmayaraq, İbrahimovanın əvvəlcədən planlaşdırdığı bayram çıxışları olduğu üçün müğənni həmin gün Moskva şəhərində olacaq. 21 Mart tarixində İradə İbrahimova müğənni Rəqsanə ilə duelde deyil, Moskva şəhərində Novruz bayramı ilə əlaqədar düzənlənən konsert proqramında olacaq.

İradə İbrahimova "N1-realiti şou"nun bütün iştirakçılarına uğurlar arzulayır.

Xəbər lenti

Xəbər lenti