...

Əli Mirəliyevin dərdinə heç bir psixiatr dərman tapa bilməz – toylar kralı Səməd Səmədov

Cəmiyyət Materials 18 Mart 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı,18 mart /müx. TrendLife Şahin Cavadsoy/

Maqazin verilişlərinin birindən alovlanan qalmaqal, bu gün də medianın gündəmdə saxladığı xəbərlərə başçılıq edir. Söhbət iki müğənni - Əli Mirəliyevlə toylar kralı Səməd Səmədov arasında yaşanan xoşagəlməz olaylardan gedir. Qeyd edək ki, Mirəliyev, əməkdar artisti efirdə təhqir edərək, onu "toyları kralı" yox, "krolik" adlandırmaqdan belə çəkinməmişdir. Baş verənlərə TrendLife-da aydınlıq gətirən Səmədov həmkarının ona ünvanladığı sərt sözlərə bu cür cavab verdi: "Əvvəla? onun kimi həmkarımın olması məni çox utandırır. Həmişə demişəm ki, o, xəstə təfəkkürə malik olan bir insandır. Əli Mirəliyevin dərdinə heç bir psixiatr dərman tapa bilməz. İnanın, artıq onun bundan sonra deyəcəyi fikirlər məni əsla narahat etməyəcək. Qoy nə istəyir- danışsın. Mən bekar sənətçi deyiləm ki, boş-boş sözlərə hansısa cavablar açıqlayım. Onsuz da kimin nə deməsindən asılı olmayaraq, mən sevilərəm və hər günümü el şənliklərində keçirirəm. Bu da mənim "toylar kralı" olmağıma əsaslı sübutdur".

Xəbər lenti

Xəbər lenti