...

Berti Foqtsun təcrübəsi Azərbaycan yığmasına lazım olacaq – AFFA-nın prezidenti

Cəmiyyət Materials 30 Mart 2008 17:55 (UTC +04:00)
Berti Foqtsun təcrübəsi Azərbaycan yığmasına lazım olacaq – AFFA-nın prezidenti

Azərbaycan, Bakı, 30 mart/ Trend , müxbir Z.Səfərov/ Berti Foqts çox böyük iş təcrübəsinə malikdir və Azərbaycan yığmasına yardım edə biləcək.Bu barədə AFFA prezidenti Rövnəq Abdullayev AFFA İcraiyyə Komitəsinin iclasının gedişində bildirib.

Onun sözlərinə görə, o, əvvəlcədən məşhur alman mütəxəssisinin namizədliyinin tərəfdarı olub. "Bu vaxta qədər biz bunu gizli saxlayırdıq. Belə ki, o, Nigeriya Futbol Federasiyası ilə öhdəliklərlə bağlı olub. Lakin indi heç bir şey Foqtsa Azərbaycan yığmasına başçılıq etmək üçün mane olmamalıdır", - Abdullayev bildirib.

O vurğulayıb ki, 2010-cu il Dünya Çempionatının seçmə mərhələsi ərzində komanda ilə işləyə bilməsi üçün, almanla iki illik müqavilə imzalamaq lazımdır.

AFFA İcraiyyə Komtiəsi bir müddət əvvəl yekdilliklə Foqtsun namizədliyinin lehinə səs verib.

Xəbər lenti

Xəbər lenti