...

Jurnalistlərin aclıq aksiyası keçirməsi mübarizə metodu deyil – Səməd Seyidov

Cəmiyyət Materials 1 Aprel 2008 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hesab edir ki, jurnalistlərin aclıq aksiyası keçirməsi mübarizə metodu deyil."Qanunun aliliyi hamı üçündür və jurnalistlərə fərqli yanaşılmamalıdır", - deyə Seyidov çərşənbə axşamı jurnəlistərə açıqlamasında bildirib.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 3 jurnalist - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin əməkdaşı Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir.

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan"qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26 - dan həbsdə aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.

Fətullayevə dəstək məqsədilə "Yeni Müsavat" qəzetinin redaksiyasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, "Yeni Müsavat" qəzetinin redaktoru Zahid Səfəroğlu və qəzetin əməkdaşı Elşən Balaxanlı, "Bizim yol" qəzetinin əməkdaşı Natiq Cavadlı martın 27-dən açılıq aksiyası keçirirlər.

Seyidov əlavə edib ki, jurnalistlərin aclıq aksiyasını siyasiləşdirmək olmaz.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti problemləri müzakirə etməyə hazırdır.

Seyidov onu da deyib ki, Azərbaycandakı vəziyyət AŞ Monitorinq Komitəsinin aprel iclasında, həmçinin, AŞPA-nın iyun sessiyasında müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti