...

Bu dəfə də Röyanın konsertində təmənnasız çıxış etdik - "Dəyirman qrupu"nun üzvü ABD Malik

Cəmiyyət Materials 2 Aprel 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel /müx. " Şahin Cavadsoy/

Röya Ayxanın "Mən sizə göstərərəm" adlı şou-proqramından üç gün ötsə də, konsertlə bağlı söz-söhbətlər hələ də səngimək bilmir. Yayılan xəbərlərə görə, "Gəlmədin" mahnısını müğənni ilə duet oxuyan "Dəyirman qrupu"nun üç üzvü - ABD Malik, Miri Yusif və Elmir konsertdən sonra Röyadan qonorar ödəməsini tələb ediblər. Qrup üzvü ABD Malikin bu məsələyə münasibətini öyrənməyə müvəffəq olduq: "Deyilənlərə aydınlıq gətirməyi elə də önəmli saymıram. Çünki biz Röya xanımla illərin dostuyuq. Aramızda heç vaxt pul söhbəti olmayıb. Yəni Röyanın budəfəki konsertində də təmənnasız çıxış etdik. Qoy kim nə istəyir danışsın. Biz onsuz da hansısa yalan məlumatlara inanıb öz yolumuzdan çəkinən deyilik".

Xəbər lenti

Xəbər lenti