...

Əli Zeynalov kimi sənətkarlar unudulmamalıdırlar- xalq artisti Amalya Pənahova

Cəmiyyət Materials 4 Aprel 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel /müx.TrendLife Safura /

Bu gün kino və teatrda maraqlı rolları ilə y1addaqalan xalq artisti Əli Zeynalovun 95 yaşı tamam olur. Təəssüf ki, heç kimin yadına düşmədi. "Fətəli xan", "Səbuhi", "Bir qalanın sirri" kimi filmlərdə maraqlı obrazları canlandıran xalq artisti, nəinki kinoda, teatrda da öz silinməz izini qoyub. Uzun illər Akademik Milli Dram teatrında çalışan aktyor Zərnigar Atakişiyeva, Amalya Pənahova, Rafiq Əzimov, Muxtar Maniyev kimi sənətkarlarlar onunla tərəf- müqabil olub.Bu haqda TrendLife məlumat verən teatrın direktoru Maqbet Bünyatov Əli Zeynalovun xalq artisti Amalya Pənahovanın məşhurlaşmasında böyük əməyi olduğunu söylədi. Amalya xanım bunu təsdiqlədi:

" Mən ilk dəfə İlyas Əfəndiyevin " Sən həmişə mənimləsən" tamaşasında Əli Zeynalovla tərəf- müqabil olmuşam. Akademik Milli Dram teatrında nümayiş olunan bu tamaşada mən Nargilə, o isə Həsənzadə rolunda çıxış edirdi. Bu tamaşa çox yaxşı qarşılandı. Mənə uğur gətirdi. Mən Əli Zeynalov haqqında ancaq xoş sözlər deyə bilərəm. Bir aktyor kimi çox qiymətsiz idi. Bir insan kimi ona böyük hörmətim var idi. İnsanlarla xoş münasibət saxlayırdı, gənclərə həmişə kömək etməyə, yol göstərməyə çalışırdı. Onun səsi başqalarının səsindən fərqlənirdi. Əli Zeynalovun bir çox Azərbaycan filmlərində yaddaqalan rolları var. Belə sənətkarlar unudulmurlar "

Bu gün sağ olan yaşıdları, tərəf- müqabillərindən kimi dindirdiksə, onun haqqında dəyərli sözlər eşitdik. Təəccüblü deyil ki, xalq artistinin həyat yoldaşı da sənət yoldaşı idi. Xalq artisti Mirvari Novruzova ilə ömür sürən Əli Zeynalov sağ olsa idi bu il yubileyi qeyd olunacaqdı.

Xəbər lenti

Xəbər lenti