...

Bizim sənətçilər az pul xərcləyib, çox qazanmaq istəyirlər –Xalq artisti Mübariz Tağıyev

Cəmiyyət Materials 5 Aprel 2008 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel /müx. TrendLife Safura /

Həmişə səhnə geyiminə xüsusi diqqət edən, səhnə gözəllik tələb edir deyən Xalq artisti Mübariz Tağıyev bu gün səhnəyə çıxan müğənnilərin geyiminə iradını bildirdi. Müğənnilərin nə tapdılarsa onu da geyindiklərini söyləyən Xalq artisti ifa olunan musiqi ilə müğənninin geyiminin harmoniya yaratmasının vacibliyini vurğuladı:

"Evdən çıxıb otururlar maşına, elə maşına oturduqları geyim ilə də səhnəyə çıxırlar. Belə bir termin var, deyirlər - geydiyin geyim mane olmamalıdır. Bəli, geyim mane olmamalıdır. Lakin "incəsənət qurban tələb edir" deyəndə insanların özlərini qurban verməsi yox, sənət, gözəllik naminə narahatlıqlara dözməsi nəzərdə tutulur. Əlbəttə, bu günün abu-havasını saxlamaq şərti ilə səhnə geyimləri olmalıdır. Dünya rok qruplarını televiziya vasitəsi ilə görən sənətçilərimiz düşünürlər ki, onlar küçədə də elə bu geyimdə gəzirlər. Lakin bu belə deyil. Onlar üçün dizaynerlər musiqiyə uyğun geyimlər hazırlayır. Bizdə isə bunu çoxdan unudublar. Axı yeni geyimlər, kostyumlar, bu kostyumlara uyğun aksesuarlar baha başa gəlir. Bizim sənətçilər təəssüf ki, az pul xərcləyib, çox qazanmaq istəyirlər".

Xəbər lenti

Xəbər lenti