...

Əməkdar artist Gülüstan Əliyeva "Yayla" festivalında iştirak edəcək

Cəmiyyət Materials 7 Aprel 2008 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /müx.TrendLife Safura/

Əməkdar artist Gülüstan Əliyeva TrendLife məlumat verərək, bu gün axşam Aşqabada uçacağını bildirib. Müğənninin Aşqadbada səfəri "Yayla" beynəlxalq festivalı ilə bağlıdır. Türkdilli dövlətlərin "Yayla" musiqi festivalında Azərbaycanı Gülüstan Əliyeva ilə yanaşı, Ələkbər Ələkbərov, əməkdar artist Elşən Məmmədov, muğam müsabiqəsinin iştirakçıları Rəvanə Ərəbova və Elnur Həsənov təmsil edəcəklər. Bir həftə davam edəcək festivalda həmvətənlərimizin saat yarımlıq 3 böyük konsert proqramı ilə çıxışı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti