...

Xalq artisti Rafael Dadaşovdan Rafael və Coşquna məsləhət

Cəmiyyət Materials 9 Aprel 2008 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel /müx. TrendLife Şahin Cavadsoy/

"Kişi aktyorlarımız qadın rollarını əndazəni aşaraq ifa edirlər"-bu açıqlama Xalq artisti Rafael Dadaşova məxsusdur. TrendLife-a danışan sənətkarın əsas məsləhəti isə indiki zamanın nəbzini tutan cütlüyə - Rafael İsgəndərovla, Coşqun Rəhimova ünvanlandı: "Maqazin verilişlərinin birində Rafael misal çəkdi ki, nə olsun Rafael Dadaşovla Yaşar Nuri də "Ordan-burdan" televiziya tamaşasında qadın obrazında çıxış ediblər. Ona demək istəyirəm ki, biz tamaşada vəziyyətdən asılı olaraq qadın paltarı geyinmişik. Bunu müəllif belə yazmışdı. Mənim fikrimcə, hər bir kişi aktyor qadın obrazı ifa edə bilər. Sözsüz ki, yenə deyirəm, əgər ssenari bunu tələb edirsə. Bizi onlarla müqayisə etmək düzgün olmazdı. Onlar başqa yolu özləri üçün seçiblər. İkisinə də tövsiyə edərdim ki, qoy daha az qadın obrazlarında çıxış etsinlər. İstəyərdim ki, səhnəcikləri dadlı-duzlu olsun. Yəni tamaşaçıları onlara baxmamaq dərəcəsinə gətirib çıxarmasınlar".

Xəbər lenti

Xəbər lenti