...

"Gülüş ulduzu" müsabiqəsi aprelin 22 - dən canlı efirdə yayımlanacaq

Cəmiyyət Materials 9 Aprel 2008 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel /müx.TrendLife Şahin Cavadsoy/

"Xəzər TV"nin "X production"la birgə layihəsi olan "Gülüş ulduzu" yarışmasının hələ də efirdə yayımlanmaması iştirakçılar arasında narahatlıq doğururdu. Ancaq "X production"ın icraçı direktoru İsmayıl Həsənov deyir ki, narahat olmağa heç bir əsas yoxdur: "Söylədiyimiz kimi, layihəyə aprel ayının 1-də start verməli idik. Lakin iştirakçıların sayının əvvəlcədən nəzərdə tutulduğundan 4 nəfər çox olması səbəbindən layihənin təşkilat komitəsinin iclası zamanı qərara alındı ki, "Gülüş ulduzu" ssenari və texniki baza daha da təkmilləşdirilmiş fomada olmaqla, aprel ayının 15-dən başlasın. Beləliklə, layhənin seçim turlarından hazırlanmış xusisi buraxılışlara aprelin 15-də və 16 - da saat 21: 30- da baxa bilərlər. Aprelin 22-də saat 21: 30- da isə, layihənin konsert proqrami ilə açılışı olacaqdır. Layihəyə texniki dəstəyi "Smile" şirkəti edəcək".

İndi də "Gülüş ulduzu" adı uğrunda mubarizə aparacaq iştirakçıların SMS nömrələrini diqqətinizə çatdırırıq:

1. Yusubov Elşad -101

2. Ağamalıyev Faiq -102

3. Bayramov Səbuhi - 103

4. Həmidov İsmayıl - 104

5. Əliyev Amil - 105

6. Təhməzov Rövşən - 106

7. Nəcəfova Könül - 107

8. Mehdi Səfa - 108

9. Hüseynov Faiq - 109

10. Orucov Rəşid - 110

11. Nəsirov Elmir - 111

12. Mehrəliyev İslam - 112

13. Abdullayev Ramin - 113

14. Vəliyev Seymur - 114

Qeyd edək ki, bəyəndiyiniz iştirakçıların adları qarşısında yazılan rəqəmləri 82-70 (1 səs), 92-70 (10 səs) nömrələrinə göndərməklə, onlara dəstək ola bilərsiniz.Türkiyədən bu yarşımanı izləyən tamaşaçılar da öz dəstəklərini göstərə bilərlər. Belə ki, qonşu dövlətin bütün mobil operatorlarından iştirakçıların SMS nömrələri qarşısına tr-yazıb 54 33- ə mesaj göndərməklə onlara səs vermək olar.

Xəbər lenti

Xəbər lenti