...

Yaxın vaxtlarda BMT-də dünya din xadimlərinin Məsləhət Şurası yaradılacaq –Şeyxülislam Allahşükür Paşazadə

Cəmiyyət Materials 10 Aprel 2008 20:51 (UTC +04:00)

Rusiya, Moskva, 10 aprel/ " müxbir R.Ağayev/ Dünyanın dini liderlərinin BMT Baş katibi Pan Gi Munla görüşündə BMT nəzdində Məsləhət Şurasının yaradılması müzakirə edilib və yaxın vaxtlarda bu məsələ ilə bağlı detalların hazırlanması ilə məşğul olacaq İşçi Qrupu yaradılacaq. Şurada müsəlman dinini Azərbaycan, İordaniya və İranın dini liderlərinin təmsil etməsi haqqında qərar qəbul edilib. Bu barədə Moskvadakı görüşdən sonra brifinqdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə məlumat verib.

"Bu, Azərbaycana, ölkə rəhbərliyinin apardığı tolerantlıq və din azadlığı siyasətinə böyük etibar və hörmətə dəlalət edən yüksək qiymətdir", - Paşazadə bildirib.

Onun sözlərinə görə, dini liderlərin BMT rəhbəri ilə işgüzar naharının gedişində o, Pan Gi Muna Azərbaycan prezidenti İlham Əliyevin salamını çatdırıb. Pan Gi Mun,öz növbəsində, Azərbaycan haqqında yaxşı fikirlər səsləndirib və xatırladıb ki, bu ölkəyə iki dəfə səfər edib və bizim dövlət başçımızla əməkdaşlıqdan çox razıdır.

PaşazadəBMT Baş katibini Azərbaycana səfərə dəvət edib.

BMT Baş katibi və görüşün digər iştirakçıları dini liderlərin növbəti sammitinin təxminən 2009-cu ilin oktyabrında Bakıda keçirilməsi haqqında onun təşəbbüsünü razılıqla qəbul ediblər.

Bu gün Moskvanın "Danilovskaya" mehmanxanasında dini liderlərin Gi Munla işgüzar naharı baş tutub. Görüşdə Allahşükür Paşazadə, Moskva Patriarxatının xarici kilsə əlaqələri şöbəsinin sədri Mitropolit Smolenski və Kalininqradlı Kirill, Müqəddəs Taxtın Moskvadakı nümayəndəsi arxiyepiskop Antonio Menini, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və RF xarici işlər nazirinin müavini Aleksandr Yakovenko iştirak ediblər.

Görüş dünyanın əsas dini icmalarının BMT ilə qarşılıqlı fəaliyyət yollarının müzakirəsinə həsr edilib. Bu təşəbbüslə 2006-cı ildə Moskvada baş tutan sammitdə iştirak etmiş dünya dinlərinin nümayəndələri çıxış ediblər. Bundan əlavə, din xadimlərinin BMT ilə daha sistemli tərəfdaşlığının yaradılması haqqında dini liderlərin Ümumdünya Moskva Sammitinin çağırışının mümkün reallaşdırılması yolları müzakirə edilib.

Görüşüdən sonra keçirilən brifinqdə BMT Baş Katibi Pan Gi Mun sülh və sabitliyin möhkəmləndirilməsində dinlərarası dialoqun vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti