...

Azərbaycanda idman telekanalı açılacaq

Cəmiyyət Materials 11 Aprel 2008 16:28 (UTC +04:00)
Azərbaycanda idman telekanalı açılacaq

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir S.İlhamqızı/ Milli Televiziya və Radio Şurası Azərbaycanda idman kanalının açılması üçün bu il aprelin 21-dən müsabiqə edilməsi barədə qərar çıxarıb. Bu barədə Trend a Teleradio Şurasından məlumat verilib.

Şuranın bu gün keçirilən iclasında Azərbaycanda sahə xarakterli telekanalların - idman, mədəniyyət, təhsil, uşaq və gənclərlə bağlı televiziya kanallarının açılması məsələsi müzakirə olunub.

Şura Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakını, Bakı şəhərinin 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında namizəd şəhər kimi qeydə alınmasını əsas götürərək, ölkədə idman profilli telekanalın açılması qərarına gəlib.

Bunun üçün aprelin 21-dən etibarən müsabiqə elan ediləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti