...

Azərbaycanda işgəncələrlə bağlı xüsusi qrupun yaradılmasına ehtiyac yoxdur - Prezident Aparatının rəsmisi

Cəmiyyət Materials 14 Aprel 2008 14:19 (UTC +04:00)
Azərbaycanda işgəncələrlə bağlı xüsusi qrupun yaradılmasına ehtiyac yoxdur - Prezident Aparatının rəsmisi

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda işgəncələrlə bağlı xüsusi qrupun yaradılmasına ehtiyac yoxdur. Bunu bazar ertəsi jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

Prezident Aparatı rəsmisi hesab edir ki, bu problem Azərbaycanda kəskin surətdə olmadığından xüsusi bir qrupun yaradılması aktual deyil.

Bir müddət öncə Azərbaycan İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov prezidentə müraciət edərək işgəncə faktlarının araşdırılması üçün xüsusi İşçi qrupun yaradılmasını xahiş edib.

AŞ-nın İnsan hüquqları üzrə komissarı Tomas Hammerberq Azərbaycana son səfəri zamanı mətbuata müsahibəsində işgəncələri araşdıran xüsusi qurumun yaradılmasına ehtiyac olduğunu demişdi.

Ələsgərov bildirib ki, başqa dövlətlərlə müqayisədə Azərbaycanda işgəncə ilə bağlı problem daha qabarıq şəkildə özünü biruzə verməyib.

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin ötən illə bağlı hesabatında işgəncə faktlarının daha çox polis orqanlarında və orduda qeydə alındığı qeyd olunub.

Hesabatda ötən il işgəncədən 5 nəfərin öldüyü, bunun böyük qisminin isə hərbi hissələrin payına düşdüyü göstərilib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti