...

Berti Foqts futbol üzrə Azərbaycan yığmasının tərkibini müəyyənləşdirir

Cəmiyyət Materials 17 Aprel 2008 16:30 (UTC +04:00)
Berti Foqts futbol üzrə Azərbaycan yığmasının tərkibini müəyyənləşdirir

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqts komandanın tərkibini müəyyən edir.

AFFA-dan verilən məlumata görə, almaniyalı mütəxəssis yəqin ki, azərbaycanlı məşqçiləri işə cəlb edəcək və onları məşqçi qərargahına daxil edəcək. Söhbət həm də adları açıqlanmayan assisent, qapıçı ilə işləyən məşqçi, fizioterapevt və həkimdən gedir. Bundan əlavə, Foqts Bakıda ona kömək etmələri üçün Almaniyada fəaliyyət göstərən bəzi mütəxəssislərin dəstəyindən istifadə etmək niyyətindədir. O, bu məsələni tam olaraq həll etmək üçün vətəninə getməyi planlaşdırır.

Foqts əvvəllər klubların təlim-məşq toplanışlarını izləmək və bəzi azərbaycanlı həmkarları ilə məsləhətləşmək üçün imkan əldə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti