...

Mən həmişə Sofiya qaydalarının lehinə olmuşam - qrossmeyster Vüqar Həşimov

Cəmiyyət Materials 23 Aprel 2008 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir Z.Səfərov/ Bakıda keçirilən Qran-Pri yarışında FİDE tərəfindən tətbiq olunan Sofiya qaydaları mənim xoşuma gəlir. Bu barədə Trend a turnirdəki çıxışını iki heç-heçə ilə başlayan Azərbaycan qrossmeysteri Vüqar Həşimov bildirib.

"Bunlar yaxşı qaydalardır, axı burada axıra qədər mübarizə aparmaq lazımdır. Mən həmişə Sofiya qaydalarının lehinə olmuşam. Lakin mənə elə gəlir ki, formamızı bərpa etmək üçün daha çox istirahət günü ayırmaq lazımdır. Yenə də yeddi saatlıq nəzarət vaxtı ilə oynayırıq və finala qədər hamı çox yorulacaq. Çünki çox şey şahmatçıların yarışın sonunda özlərini necə hiss etməsindən asılı olacaq", - deyə Həşimov.

Vüqar ən əvvəl yarışa nominant qismində qoşulub, lakin sonradan Qran-Prinin altı mümkün turnirinin dördündə çıxış etmək hüququ əldə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti