...

Azərbaycan Teleradio Şurası radiolarda qanun pozuntuları aşkarlayıb

Cəmiyyət Materials 25 Aprel 2008 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) radiolarda apardığı monitorinqin nəticələrini açıqlayıb. "Radiolarda reklamların verilməsində ciddi qanun pozuntuları aşkarlanıb. Qanuna əsasən, efirdə reklam blokları 15 dəqiqədən bir verilməli olsa da, monitorinq zamanı həmin blokların 2-3 dəqiqədən bir yayımlanması halları müşahidə olunub" cümə günü jurnalistlərə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

MTRŞ "Space", ANS ÇM, "Azad Azərbaycan" radio kanallarının monitorinqini keçirib.

Məhərrəmlinin sözlərinə görə, monitorinq zamanı həmçinin radio aparıcılarının "Televiziya və radio yayımı haqqında" qanunu pozaraq yersiz danışıqlara yol verdiyi aşkarlanıb. Onun sözlərinə görə, radiolarda yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması ilə bağlı qəbul edilən qaydanın prinsipləri də pozulur.

Məhərrəmli qanun pozuntuları ilə bağlı radio rəhbərlərinə xəbərdarlıq edəcəklərini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti