...

Müğənni Rəqsanənin ikinci uşağının atası ona maşın bağışladı

Cəmiyyət Materials 29 Aprel 2008 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /müx. TrendLife Günel Əhmədova

Artıq cəmiyyət arasına az-az çıxan müğənni Rəqsanə hazırda hamiləliyinin 8-ci ayını yaşayır. Ara-bir gəzintiyə çıxan sənətçi onu dünyaya gətirəcək uşağının atasının müşayiət etdiyini söylədi. Müğənninin TrendLife-a bildirdiyinə görə,kimliyini söyləmək istəmədiyi həmin şəxs onu tək qoymur. Gün ərzində uşağının anasına baş çəkir və onun qayğıları ilə məşğul olur:

"Bir çox adamlar mənim bu addımımı müsbət qiymətləndirmədilər. Yəni uşağımın atasını cəmiyyətdən gizli saxlamağım və s. Bu bizim şəxsi işimizdir və düşünmürəm ki, bu barədə mütləq danışmalıyam. Vacib olan budur ki, onun diqqəti mənim üzərimdədir və övladıma ata olmağa özünü hazır görür. Vaxtı olduqca mənim qayğılarımla yaxından məşğul olur".

Müğənninin bildirdiyinə görə, ikinci qız övladını mayın sonlarında qonşu ölkələrdən birində dünyaya gətirəcək.

"Bu qənaətə birlikdə gəlmişik. Övladım ya Türkiyədə, ya da Moskvada dünyaya göz açacaq. Artıq tibb mərkəzinin ünvanını və həkimin kimliyini də müəyyən etmişik. Bu addımı imicimi artırmaq xatirinə deyil, ürəyim istədiyi üçün edirəm".

Uşağının atası ilə bağlı söhbətini davam etdirən müğənni sənətçi dostlarını qıcıqlandıran bir açıqlama verdi: "Bizim münasibətlərimizə dırnaqarası baxanlara xəbərim var. Ötən gün uşağımın atası mənə "Ceep" markalı avtomobil hədiyyə edib. Əslində, onu ana olandan sonra təqdim etməli idi. Görünür həmin vaxta kimi gözləyə bilməyib".

Hazırda yaradıcılığını bütünlüklə donduran Rəqsanə iyulun əvəllərindən başlayaraq, buzları əridəcəyini qeyd etdi.

Xəbər lenti

Xəbər lenti