...

Azərbaycanlı alimlər əmək haqlarının qaldırılmasını istəyirlər

Cəmiyyət Materials 30 Aprel 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanlı alimlər hesab edirlər ki, ölkədə elm sahəsində əsas çatışmazlıq bu sahədə çalışanların əmək haqlarının aşağı olması ilə bağlıdır.

"Ümid edirəm ki, Azərbaycanın sosial-iqtisadi inkişafı elm sahəsində çalışanların əmək haqlarının artmasına səbəb olacaq", deyə Azərbaycan Milli Elmlər Akademiyasının çərşənbə günü keçirilən 2007-ci ildəki fəaliyyətə dair hesabat seçki yığıncağında Akademiyanın prezidenti Mahmud Kərimov bildirib.

Azərbaycan Elmlər Akademiyasında çalışan alimlərin orta aylıq əmək haqqı 180 manatdır. Kərimov hesab edir ki, maaşların az olması gənclərin elmə marağını azaldır.

"Alimlərin maaşı ən azı 2-3 dəfə artırılmalıdır", Akademiyanın prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti