...

Azərbaycanın olimpiya yığmasının tərkibi otuz beş idmançıdan ibarətdir

Cəmiyyət Materials 30 Aprel 2008 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir Z.Səfərov/ Pekin çıxışlarına hazırlaşan Azərbaycanın Olimpiya yığmasının tərkibi 35 idmançıdan ibarətdir.

Trend un verdiyi məlumata görə, son həftə ərzində komandanın tərkibini İstanbulda kvalifikasiya turnirində uğurla çıxış edən at çapma ustası Camal Rəhimov, həmçinin Beynəlxalq Federasiya tərəfindən (FİLA) Oyun-2008-ə bilet qazanmış sərbəst güləş ustası Əli İsayev ( 120 kq) tamamlayıb. Eləcə də, bir az əvvəl Olimpiadada iştirak etmək üçün vald-kart göndərilmiş stend atıcılığı üzrə Sidney Olimpiadasının çempionu Zemfira Meftaxatdinovanı da qeyd etmək lazımdır.

Görünür ki, Pekinə yola düşəcək yığmanın tərkibinin ümumi sayı qırx atletə qədər arta bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti