Azərbaycan, Bakı, 1 may /müx.TrendLife Şahin Cavadsoy/
Okeanın o tayına səfər etmək, müğənnilərimiz üçün çox adiləşib desək, yəqin ki, yanılmarıq. Bir neçə müğənninin Amerika səfərindən sonra, gənc müğənni Əbdül Xalid bu niyyətini gerçəkləşdirmək istəyir: "Ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar ABŞ-nın üç ştatında - Kaliforniya, Los-Anjeles, San - Fransiskoda konsertlər keçiriləcək. Mayın 7-də başlayacaq bu turneyə Azərbaycandan mənimlə bərabər iki ifaçı - muğam ifaçısı Babək Niftəliyev və Vəfa xanım qoşulaşaq. Bir həftə davam edən konsertlərdə biz muğam dəstgahları ilə amerikalı tamaşaçılar qarşısında çıxış edəcəyik".
Yaradacılığındakı yeniliklər barəsində isə Ə.Xalid bunları söylədi: "Əməkdar artist Tünzalə xanımla duet yazdırmağa hazırlaşırıq. Tünzalə xanımın Mirvari Dilbazinin sözlərinə yazdığı "Hardasan" mahnısına klip çəkdirməyi də düşünürük. Musiqisi Muxtara, sözləri Zahir Abbasa aid olan "Son gecə" mahnımı ekranlaşdırmaq üçün rejissor Faiqə müraciət etmişəm. Sözsüz ki, bütün işlərimin həyata keçməsinə özüm rəhbərlik edirəm".